Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…

Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya Suriyaya yalnız ölkənin yeni hakimiyyət orqanları qadınların və azlıqların hüquqlarına hörmət etdiyi təqdirdə maliyyə yardımı göstərəcək”.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

O qeyd edib ki, Berlin “islamçı strukturları” dəstəkləmək niyyətində deyil. Nazir həmçinin vurğulayıb ki, Suriyanı tərk etmiş milyonlarla təhsilli vətəndaş qadınlar təhlükəsiz olmadığı təqdirdə heç vaxt vətənlərinə qayıtmayacaqlar.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 3-ü Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb. Həmçinin Suriyanın yeni hakimiyyət orqanlarının həmin görüşdən sonra dərc etdiyi fotoda Berbokun üzü blur edilib.