Almaniya şirkətinin Azərbaycandakı nümayəndəliyi cərimələndi

Almaniya şirkətinin Azərbaycandakı nümayəndəliyi cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kran, betonqarışdırma, qazma, aerokosmik, həmçinin nəqliyyat texnikasının satışı ilə məşğul olan Almaniya şirkəti “Liebherr”in Azərbaycandakı nümayəndəliyi “Liebherr-Azeri Llc” MMC cərimələnib.

Pravda.az-ın xəbərinə görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.