Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ilk əsgərləri NATO-nun çoxmillətli batalyonunun genişləndiriilməsi çərçivəsində Litvaya gəlib.
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ilk əsgərləri NATO-nun çoxmillətli batalyonunun genişləndiriilməsi çərçivəsində Litvaya gəlib.
TİA.AZ xəbər verir ki, bu haqda “Spiegel” nəşri bildirib.
Alman hərbçiləri Vilnüs aeroportuna bazar ertəsi enməli idi. Amma uçuş əlverişsiz hava şərtlərinə görə təxirə salınmışdı.
Nəşr qeyd edir ki, Litvada NATO batalyonunun genişləndirilməsində əsas rolu Almaniya oynayacaq. Alman hərbçilərinə Belçika, Niderland və Norveçdən olan hərbçilər qoşulacaqlar. Bundesver fevralın sonuna kimi 450 hərbi qulluqçunu, həmçinin zirehli texnikanı bir neçə mərhələdə Litvaya yerləşdirmək niyyətindədir.
Xatirladaq ki, NATO-nun ötən ilin iyulunda Varşavada keçirilən sammitində Polşa və Baltikyanı ölkələrdə dörd çoxmillətli batalyonun yerləşdirilməsi barədə razılaşma əldə olunub.
ABŞ 2017-ci ilin əvvəlindən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasının döyüş qrupunu Şərqi Avropada yerləşdirməyə başlayıb. Batalyonlardan biri Baltikyanı regiona yerləşdiriləcək.
2016-cı il dekabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, ABŞ və NATO mifik “Şərqdən təhlükə” bəhanəsi ilə Moskva ilə münasibətlərdə gərginliyi şüurlu olaraq yüksəldir.