Almaniya Rusiya ilə müharibəyə hazırlaşır

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələri üzərində qələbədən sonra Rusiya Federasiyası silahlı qüvvələrinin mümkün hücumu zamanı fəaliyyət planı hazırlayır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Bundesver hesab edir ki, bir neçə həftə ərzində NATO ilə Rusiya Federasiyası arasında gərginlik yaranacaq.

Məqalədə həmçinin bildirilir ki, Rusiya silahlı qüvvələri Ukraynaya genişmiqyaslı hücuma keçəcək və Qərb dövlətlərinin köməyindən məhrum olan Ukrayna silahlı qüvvələrini məğlub edəcək.

Bild-in məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bundan sonra Baltikyanı ölkələrdə etnik toqquşmaların başlayacağını və buna qarşı Rusiya ordusunun Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcəyini gözləyir.

Qeyd olunur ki, NATO “etibarlı çəkindirmə” üçün şərq qanadına 300 min əsgər yerləşdirəcək.