Almaniya məhkəmələrində dini geyim və simvollar qadağan edilir

Almaniya məhkəmələrində dini geyim və simvollar qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyanın Aşağı Saksoniya əyalətində məhkəmələrdə dini geyim və simvollar qadağan ediləcək.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmələrdə hakim və vəkillərin dini geyimlərin istifadəsi, dini simvolların qadağası planlaşdırılır. Qanun layihəsi qəbul edilsə, məhkəmədə xaç, hicab və digər dini detallara icazə verilməyəcək.
Layihənin gələn il müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, daha əvvəl Bavariya əyalətində rəsmi qurumlarda xaç asılmasını nəzərdə tutan qanun qəbul edilmişdi. Qayda müxalifət partiyalarının böyük etirazı ilə qarşılanmış, qanunun ləğvi tələb edilmişdi.