Almaniya əfqanları və suriyalıları deportasiya edir

Almaniya əfqanları və suriyalıları deportasiya edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarını deportasiya etməyə hazırlaşır.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ölkədə ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarının deportasiya edilməli olduğunu bildirib.

Şolz Bundestaqdakı çıxışında “Ciddi cinayət törədənlər Suriya və Əfqanıstandan gəlsələr belə deportasiya edilməlidirlər. Burada ciddi cinayətkarlara və terror təhdidlərinə yer yoxdur” deyib.