Almaniya da Qəzzaya havadan hümanitar yardım paylayacaq

Almaniya da Qəzzaya havadan hümanitar yardım paylayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ordaniyanın Qəzzaya havadan göndərdiyi hümanitar yardımı çatdırmaq üçün başlatdığı əməliyyatda Almaniya Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlama verib.

O bildirib ki, Qəzzada insanlar ən təbii ehtiyaclardan belə məhrum vəziyyətdədir:

“Onları qida və dərmanla təmin etmək üçün üzərimizə düşəni etmək istəyirik. Bu məqsədlə Almaniya Silahlı Qüvvələri 18 tona qədər yük daşıya bilən iki Herkules nəqliyyat təyyarəsi hazırlayır.

Havadan yardım prosesi göründüyü qədər asan deyil. Bu məqsədlə təyin olunmuş qruplar müvafiq prosedurlar üzrə təlim keçmiş və yüksək təcrübəyə malik şəxslərdir”.

Qeyd edək ki, havadan hümanitar yardım əməliyyatının gələn həftə sonu başlayacağı gözlənilir.