Alman professordan İstanbula xəbərdarlıq – 2 kritik ssenari var

Alman professordan İstanbula xəbərdarlıq – 2 kritik ssenari var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ üçün Prof. Dr. Marko Bohnhoff baş verə biləcək 2 kritik ssenarini paylaşıb.

Tribunainfo.az xəbər verir ki, Bohnhoffun sözlərinə görə, birinci ssenari 6,2 bal gücündə baş verən zəlzələnin “əsas zəlzələ” olması və zaman keçdikcə afterşokların azalacağı, ikinci ssenari isə gözlənilən güclü zəlzələnin hələ baş verməməsi və bu təkanların onun xəbərçisi ola biləcəyidir.

Mütəxəssislər bu zəlzələnin böyük İstanbul zəlzələsinin xəbərçisi olub-olmadığını müzakirə edərkən, Almaniyanın aparıcı seysmoloqlarından biri olan Prof. Dr. Marko Bohnhoff türk müxbiri Sinem Özdemirə 2 mümkün ssenari haqqında məlumat verib.

Professor, ikinci ssenaridə baş verə biləcək böyük zəlzələnin böyüklüyünün 7.4-ə çata biləcəyini vurğulayıb.

Dəniz Pənahova