ALMAN KANSLERDƏN PUTİNƏ: BU MÜHARİBƏNİ UDA BİLMƏZSƏNbackend

ALMAN KANSLERDƏN PUTİNƏ: BU MÜHARİBƏNİ UDA BİLMƏZSƏN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Rusiyanı Ukraynadakı savaşı dayandırıb sülh danışıqları üçün dərhal masaya oturmağa çağırır.

Tribunainfo.az-ın məlumatına görə, belə bir çağırış edən Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiya Ukrayna əhalisinə hücumları dərhal dayandırmalıdır. O bildirib ki, Rusiya bundan sonra qalib gələ bilməz:

“Mülki əhaliyə qarşı bomba terroru dərhal dayandırılmalıdır. Rusiya artıq bu müharibəni döyüş meydanında uda bilməz, ona görə də sülh danışıqları üçün yol açmalıdır”.

Xatırladaq ki, fevralda 1 ili olacaq müharibəsi ərzində Rusiya Ukraynaya minlərlə raket atıb. Təkcə dünən Ukraynaya 67 raket buraxıb. Ölkəyə son bir ayda endirilən zərbələr sayəsində Ukraynanın enerji sistemi çökmək ərəfəsinə çatıb. Bununla belə Ukrayna tərəfi Qərbin bütün istəklərinə baxmayaraq, Moskva ilə danışıqlar masasına oturmaqdan imtina edir.
Nigar