Alman ekspertdən Zəhra açıqlaması: Təcili…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzulinin Alxanlı kəndində Ermənistanın açdığı atəş nəticəsində ölən iki dinc sakin, özəlliklə, iki yaşlı körpənin ölümü müstəqil komissiya tərəfindən araşdırılmalıdır. 

Füzulinin Alxanlı kəndində Ermənistanın açdığı atəş nəticəsində ölən iki dinc sakin, özəlliklə, iki yaşlı körpənin ölümü müstəqil komissiya tərəfindən araşdırılmalıdır.

TİA.AZ xəbər verir ki, bu sözləri “Vestnik Kavkaza” saytına açıqlamasında alman politoloq Hayko Lanqner söyləyib.

“ATƏT-in Minsk Qrupunun 3 həmsədri hər iki tərəflə və ATƏT-in sədrinin Dağlıq Qarabağ konflikti üzrə xüsusi nümayəndəsi ilə təcili görüş keçirməli və lazımlı qərar qəbul etmək üçün müzakirələr aparmalıdırlar. Araşdırmanın keçirilməsinə Qırmızı Xaç Komitəsinin əməkdaşları da cəlb edilə bilərlər. Ölüm halı istənilən halda tam dəqiq şəkildə aydınlaşdırılmalı, günahkarlar tapılıb, cəzalandırılmalıdır.

Bunlarla bərabər, danışıqlar prosesi də intensivləşdirilməlidir. Mərhələli inkişafın başlanması üçün imkanların tapılması həddən artıq vacibdir. Əgər Ermənistan Dağlıq Qarabğ ətrafındakı Azərbaycan rayonlarını geri qaytarmağa razılaşsaydı, Bakı, sözsüz, snayperlərini geri çəkməyə izn verəcəkdi”, – deyə o bildirib.