Alman deputat erməni vəhşiliyi haqda – Bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqından (CDU) olan deputat Patrik Sensburq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisinin erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar sorğusuna cavab olaraq bəyanatla çıxış edib. 

TİA.AZ bəyanatın mətnini təqdim edir:

“Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində digər dinc sakinlərin ağır xəsarət alması da danılmazdır. Mən tərəfləri bu münaqişəni tezliklə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıram. Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır. Münaqişəni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul edib”.