backend

Alma almaya bənzəməz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnformasiya saytlarının birində belə bir yazıya rast gəldim.  

İnformasiya saytlarının birində belə bir yazıya rast gəldim. 

Tanınmış bir həkim, valideynlərə müraiət edirdi ki, uşaqlara öz mövsümündə yetişməyən meyvə və giləmeyvələrin, xüsusən də alça və çiyələyin verilməsi yolverilməzdir.

Düzdür, pediatrın bu məsləhəti kənardan normal görünür. Amma əslində, alçanın dadının deyil, qiymətinin turşluğu, ciyələyin isə allergik reaksiyası deyil, baha olması bu meyvələri “alınmaz qala”ya, ekzotikaya çevirir. Əlbəttə tək bunların deyil, şaftalı, armud, portağal və s. kimi klassik hesab edilən meyvələrin də qiyməti, soruşduqda dil, toxunduqda əl yandıracaq qədər qalxıb.

İndi hansısa ekspertdən bu məsələyə obyektiv və subyektiv münasibət bildirməsini soruşduqda, əsas mövzu qalacaq bir tərəfdə, öz-özünü tənzimləyən bazar qanunlarından, tələblə və təklifin qovuşmasından, Adam Smitdən, David Rikardodan danışacaq. Buna görə də, ən yaxşısı bizim məsləhətə qulaq asın, ucuzluğunu və xeyrini nəzərə alaraq alma alın, özü də yerlisindən. 

Çünki, ölkəmizdə haqqında film çəkilmiş, həmçinin dünyanın ən böyük proqram təminatı şirkətinin simvoluna çevirilmiş bu dəyərli meyvə vitaminlərlə zəngindir. Bütün formalarda- püre, qurudulmuş, kompot və ya mürəbbə halında da xeyirlidir. Tərkibindəki faydalı elementlərin

orqanizmə rahat sorulması üçün almanı köklə, üzümlə hətta bananla da qarışdırmaq olar.

Almada A, B, B2, B6, C vitaminləri orqanizmi təmin edəcək qədər boldur. Tərkibində maqniy, dəmir, fosfor, yod, bor, natrium, ftor, xrom, sink, nikel, molibden, vanadiy kimi faydalı mikroelementlər mövcuddur. Qabığında isə güclü antioksidant sayılan flavonoid var.

Orqanizmin virus və bakteriyalara qarşı təbii müdafiəsini təmin etmək üçün gün ərzində ən azı bir alma yeyilməlidir. Tərkibindəki faydalı xüsusiyyətləri ən uzun müddət saxlayan Antonovka və Simirinko sortları hesab olunur.

Ümumiyyətlə, yaşıl rəngli almalarda olan dəmirin miqdarı, digər rənglərə nisbətdə daha çox olur. Məktəb yaşlı uşaqlara və böyüklərə almanın dənəsini çeynəmək məsləhətdir. Bununla siz, sutkalıq yod ehtiyatınızı təmin etmiş olursunuz. Uşaqların dişlərinin normal inkişafı üçün də alma müsbət təsir göstərir.

Ailəlikcə almadan bol-bol istifadə edin, onda hər zaman sağlam və enerjili olacaqsınız.

Vüsal Bağırlı