Allerqoloqdan xəbərdarlıq: Bu saatlar arasında çölə çıxmayınbackend

Allerqoloqdan xəbərdarlıq: Bu saatlar arasında çölə çıxmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Allergiya və İmmunologiya Bölümündən Mütəxəssis Dr. Döne Gülçin Unutmaz Erkaya, yaz aylarında allergiya şikayətləri ilə xəstəxanaya müraciətlərin iki qat artdığını ifadə edərək, nələrə diqqət edilməsi lazım olduğunu paylaşıb. Allergiyanın səbəblərini və kimlərdə daha çox olduğunu açıqlayan Erkaya, allergiyanın qarşısını almaq üçün nələr edilə biləcəyini də açıqlayıb.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki,mütəxəssis qeyd edib ki, xəstələrimizdə xüsusilə çiçək tozcuqları və ağaclar çiçəkləndikdə artım olur. Bu, gözlədiyimiz bir şeydir. Allergik xəstəliklərin digərlərindən fərqi onların təkrarlanmasıdır. Hər ilin müəyyən dövrlərində təkrarlanan şikayətlər, əvvəlki il allergik xəstəliklərdən qaynaqlanır. Qızdırma, boğaz ağrısı, öskürək kimi biruzə verir.

Mütəxəssis qeyd edib ki, müəyyən şəxslər allergik xəstəliklərə meyllidirlər. Dr. Erkaya, uşaqlıqda qida allergiyası və dəri xəstəlikləri olan insanların daha həssas olduğunu, ailə keçmişində isə riskin daha yüksək olduğunu bildirib. Lakin bu kriteriyaların heç birinə uyğun gəlməyən insanlarda allergik xəstəliyin 40 yaşından sonra da başlaya biləcəyini vurğulayan Dr. Erkaya xəstəliyin əlamətləri ilə bağlı bunları deyib:
Allergiyada önəmli olan eyni problemlərin ilin müəyyən vaxtlarında baş verməsidir. Adətən göz və burunla bağlı şikayətlər olur. Burun axması, asqırma, nəfəs darlığı, öskürək, gözlərdə qızartı, qaşınma və göz yaşları. Allergik xəstələrdə daha çox nəzərə çarpır.İnfeksiyalarda öskürək və təngnəfəslik də ola biləcəyi üçün Fərqləndirici amil qızdırmadır.

Mütəxəssis əlavə edib ki,
mümkünsə, tozcuqların sıx olduğu saatlarda və dövrlərdə çölə çıxmamaq lazımdır. Xüsusilə də külək varsa. Günəş çıxanda 05.00-09.00 arasında tozcuqların uçuşu daha intensiv olur.

Maska və eynəkdən istifadə etmək olar. Çünki çöldən gələn çiçək tozcuqları da evə daşınır, çöldən gələndən dərhal sonra paltarınızı çıxarıb duş qəbul etməyi məsləhət görürük.Avtomobilin şüşələrini bağlı saxlamağı və kondisioner filtrlərini mütəmadi olaraq təmizləməyi məsləhət görürük.