İki qız anası Hürü Musayevanın fəryadı
Psixoloq.az xəbər verir ki,sosial şəbəkədə bir ananın günlərdir paylaşdığı statuslar ürək dağlayır.Anası da ağır şəkər xəstəsi olan qadın iki uşağı ilə çarəsiz vəziyyətdə qalıb.Bizdə əlimizdən gələn dəstəyi vermək üçün xəbəri sosiallaşdıraraq bu xəbəri oxuyan hər kəsdən dəstək istəyirik. Ağdaş rayon sakini, iki qız anası Hürü Musayevadır.Bir ana çox şeymi istəyir? Paylaşımları olduğu kimi sizə təqdim edirik:
«Hələ payızdı belə soyuqdur. Külək evmizin içində əsir. Yağan yağış uşaqlarımın başına yağır. Külək olanda aynalarmız qırıqdı deyə evimiz çox soyuq olur. Dayanmaq mümkünsüzdür. Aidiyyatı qurumlara müraciət etmişəm .İki balamın həyatı təhlükədədir. Əgər vaxtında təmir olmasa ev uçacaq. Allahım, nə edim, necə edim bilmirəm. Kimsə körpələrimə kömək əlini uzatmaq istəmir. Çox şeymi istəyirəm? Sadacə ballarım yaşasın istəyirəm. Soyuqdan donub ölməsin. Evdə yeriyəndə belə qorxa-qorxa gəzirik. Anam ağır şəkər xəstəsidir. Hamının bir dayağı var. Mənimsə Anamdan özgə heç kimim yoxdur».
Yağış hec dayanmır Allahım axı yağan yağış Balalarımın başına yağır… Allahım iki körpəm yazıqdı …Dünən yağan yağış hamısı evə yağır dayana bilmirəm .Da taqətim də qalmayıb, əsən küləyin soyuqu bir yanan mən dözə bilmirəm .Bu soyuqa iki körpəm necə dözsün ALLAHIM Anama bir şey olmasın, tək təsəllim Anam.
Yağan yağış hamısı uşaqların başına yağır dünən dayaman elə yağır san ki dünayın sonudu Evdə yerimək mümkün deyil ,yağış birazda yaxsa evmiz çökəcək. Çox qorxuram… Allahım Səsimi kimsə duymur… Fəryadıma kimsələr cavab vermir Çarəsizəm Allahım ,Uşaqlarımın ciyərləri xəstə düşəcək Ondada mən yaşAya bilmirəm (((((“