Alla Puqaçovanın Bakıdakı konsertdə halı pisləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 29-da keçirilən “Jara” (“İsti”) festivalının ən parlaq hadisələrindən biri Rusiyanın tanınmış müğənnisi Alla Puqaçivanın yaradıcılıq gecəsi olub. 
İyulun 29-da keçirilən “Jara” (“İsti”) festivalının ən parlaq hadisələrindən biri Rusiyanın tanınmış müğənnisi Alla Puqaçivanın yaradıcılıq gecəsi olub.

PRESSDAY.az xəbər verir ki, müğənni səhnəyə cəhrayı paltarda çıxıb və konsertini Maksim Qalkinlə birgə çıxışı ilə bağlayıb.

Məlumata görə, ancaq yaradıcı fəallığına görə Primadonnanın səhhətində problem yaranıb.

Konsertdən dərhal sonra Alla Puqaçova üçün təcili yardım maşını gəlib. Ulduz müğənni qan təzyiqinin yüksəlməsindən şikayətlənib.

Bildirildiyinə görə, buna səbəb Azərbaycanda havanın dözülməz isti keçməsi olub.

Tədbirin keçirildiyi müddətdə Bakıda havanın hərarəti müsbət 32 dərəcəyədək yüksəlib, bir gün isə 40 dərəcəyə çatıb.

Son məlumata görə, müğənninin vəziyyəti artıq sabitdir. Lakin səhhətindəki problemə görə Alla Borisovna Qriqori Lepsanın yaradıcılıq gecəsindəki çıxışını ləğv edib.