Alla Puqaçova şənliklərdə oxumaq üşün şərt qoydu: 500 min dollar və…backend

Alla Puqaçova şənliklərdə oxumaq üşün şərt qoydu: 500 min dollar və…  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı estrada müğənnisi Alla Puqaçova Yeni il ərəfəsində səhnəyə qayıtmaq istəyir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Puqaçova çıxışının qiymətini artırıb – indi sənətçinin konsert haqqı, səyahət, yaşayış və digər detallar nəzərə alınmadan 500 min dollardır.

Qeyd edək ki, 2020-ci ildə müğənni səhnəyə 350 minə çıxmışdı.

Sənətçi mediada çıxışı, təxribatları və telefonla çəkilişləri nəzərə alaraq tədbirin qapalı formatda Dubay, Kipr və Moskvada oxumağa hazırdır.

Xatırladaq ki, noyabrın 2-də Alla Puqaçova Rusiyaya qayıtmışdı. Sənətçi ölkəyə Pskov vilayətindəki sərhəd keçidindən daxil olmuşdu. O, bir neçə gün sonra ölkəni tərk etmişdi.