Alla Puqaçova 5 ilə qədər həbs edilə bilər

Alla Puqaçova 5 ilə qədər həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Alla Puqaçova, onun qeydlərində Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salan elementlər aşkar edilərsə, beş ilədək müddətə azadlıqdan məhrum edilməklə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov məlumat verib.

“Sonra onun qeydləri Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlərin olması baxımından öyrəniləcək. Məlum olduğu kimi, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məhz bununla məşğuldurlar. Bu, artıq 5 ilə qədər həbslə nəticələnən cinayət maddəsi ola bilər”, – Juravlyov bildirib.

Puqaçova Rusiya qüvvələrinin iyulun 9-da Kiyevə raket hücumuna cavab olaraq yazıb: “Allah səbirlidir, amma hər şeyin ölçüsü və həddi var”. O, əlində qanlı uşaq olan qadının əks olunduğu fotonu da yayımlayıb.