Moderator.az Qazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Braun universitetinin neyrobioloqları aydınlaşdırıblar ki, alkoqol yaddaşda olan pis xatirələrdən can qurtarmağa kömək edir və yalnız xoş olanları yada salır.
Tədqiqat zamanı mütəxəssislər müəyyən edib ki, alkoqol beyində xatirələri formalaşdıran bütün siqnal şəbəkələrinə təsir edir. Onun təsiri ilə amin turşularından biri olan D-2 reseptorunu dəyişikliyə məruz qoyur.
Tədqiqatçıların hesablamalarına görə üç bokal şərab gün ərzində insanın xatirələri necə qəbul etməsinə təsir etmək imkanına malikdir.
Mütəxəssislər dəqiq deyə bilmirlər ki, xatirələr məhz necə dəyişə bilir, amma, asılılığın formalaşması konteksində, alkoqol onları xoş hisslərə çevirə bilir.
P.S. Amerika neyrobioloqlarının indi kəşf etdiyini, spirtli içkilərdən qaydasında istifadə edənlər (alkoqoliklər yox) çoxdan öz üzərlərində təsdiq ediblər.