Alius Antulisin rəhbərlik etdiyi pivə zavodu cərimələnirbackend

Alius Antulisin rəhbərlik etdiyi pivə zavodu cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Carlsberg Azerbaijan” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Bu Məcəllənin 198.2-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

İş Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovun icraatındadır. Baxış iclası oktyabrın 7-də keçiriləcək.

Qeyd: “Xırdalan”, “Tuborg”, “Xırdalan Draft”, “Xırdalan Export”, “Kuler”, “Əfsanə”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Jiqulyovskoye firmennoye”, “Kvas Taras” pivələrini istehsal edən zavodun baş direktoru Alius Antulisdir.