Alınmadı Srbazan, alınmadı… – Bakıdan bugünkü mitinqə reaksiya

Alınmadı Srbazan, alınmadı… – Bakıdan bugünkü mitinqə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan vətəndaşları bu gün – iyunun 17-si saat 18:30-da Baqramyan prospektində keçiriləcək növbəti mitinqə çağırıb.
Tribunainfo.az-a açıqlama verən siyasi təhlilçi Fuad Əliyev aksiyaların mənasını itirdiyini hesab edir. Onun sözlərinə görə, Paşinyan regionları gəzir, daşqın olan yerlərə gedir, velosiped sürür, kafedə oturub pivə içir və bununla arxayınlığını nümayiş etdirir: “Kilsə onu devirə bilmədi. Keşiş Srbazan indi son addımları atır. Məncə, alınmadı. Hətta belə demək olar – alınmadı Srbazan, alınmadı…

Ona görə də Ermənistanda siyasi dəyişiklik üçün əlverişli şərait yoxdur. Xalq da Paşinyanın davam etməsini istəyir”.
Ekspertin fikrincə, müxalifət çirkin adamlardan təşəkkül tapıb və erməni xalqı onlara inanmır.

Roman