Məlumdur ki, bu ildən etibarən “İnsanlar Marsda” adlı proqrama əsasən bir qrup insan Marsda yaşamağa başlayacaq.
Məlumdur ki, bu ildən etibarən “İnsanlar Marsda” adlı proqrama əsasən bir qrup insan Marsda yaşamağa başlayacaq.
Amma planetoloqlar bu proqramla bağlı narahatlıqlarını dilə gətiriblər.
Alim Paskal Li Vaşinqtonda keçirilən NASA konfransında insanların Marsda qarşılaşacağı ölümcül təhlükələrdən söz açıb.
TİA.AZ bu təhlükələrin nədən ibarət olduğunu diqqətinizə çatdırır.
Marsda atmosfer təzyiqi Yerdəkindən təxminən yüz dəfə aşağıdır. Belə olduqda insan damarlarında qan su kimi qaynaya bilər və qanın tərkibindəki qazlardan çıxan qabarcıqlarla damarlar partlayar. Cəmi bir neçə saniyədə insan ölə bilər.
Marsda hava 95 faiz karbondan ibarətdir. Oksigen çatışmazlığı da bir neçə dəqiqə içində insanın sonu olar.
Qırmızı planetdə havanın hərarəti də qənaətbəxş deyil. Gündüz havanın hərarəti 21 dərəcə isti olduğu halda, gecə mənfi 62 dərəcəlik şaxta olur ki, insan orqanizmi bu şaxtaya dözə bilməz.
Marsın torpaq qatı aşındırıcı laylardan ibarətdir. Yəni torpaq orada yatmayıb, üst hissəsi qalın toz qatlarından ibarətdir. İnsan burada hər nəfəs aldıqca qırmızı toz bütün ciyərlərini tutar. Ölüm bir neçə həftəyə baş tutar.
Sonuncu təhlükə isə şüalanmadır. Marsın öz maqnitosferi yoxdur. Ona görə də yüksək enerjili kosmik şüalar və Günəş şüalarının birbaşa axınından insan bir neçə ayda ölər.
Əlbəttə ki, Marsda yerləşdiriləcək insanlar xüsusi şüalanma əleyhinə geyimlər, skafandrlar, oksigen balonları və s. ilə təmin olunacaq. Amma günün birində – Marsda həyatın qızğın çağında bu ləvazimatlarda problem yaranarsa, ehtiyat tükənərsə, Yerdən gələn yardım vaxtında çatmazsa, onda necə?! Fantastik filmlərin süjetinə bənzədi, amma bütün filmlər də həyatdan götürülməyibmi?..