Alimlərdən xəbərdarlıq: Starlink böyük təhlükə yayırbackend

Alimlərdən xəbərdarlıq: Starlink böyük təhlükə yayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni araşdırmaya görə, İlon Maskın Starlink peykləri Yerin qoruyucu ozon təbəqəsini zədələyir.

Tribunainfo.az Ensonhaberler-ə istinadən xəbər verir ki, İlon Maska məxsus SpaceX, interneti dünyanın hər bir əlçatmaz hissəsinə çatdırmaq layihəsinin bir hissəsi olaraq yeni Starlink peyklərini buraxmağa davam edir.

Şirkət hazırda 5000-dən çox Starlink peykini orbitə çıxarıb və daha minlərlə peyk buraxmağı planlaşdırır.

Yeni bir araşdırma iddia edir ki, Starlink kimi internet peyk şəbəkələri ozon təbəqəsini deşir.

Eyni zamanda Cənubi Kaliforniya Universitetinin Aerokosmik Mühəndislik Departamentinin alimləri xəbərdarlıq ediblər ki, yerin aşağı orbitində internet peyklərinin kütləvi şəkildə artması atmosferdə zərərli kimyəvi reaksiyalara səbəb ola bilər.

Qeyd edək ki, hal-hazırda aşağı yerin orbitində 8000-dən çox internet peyki var, onlardan təxminən 6000-i Starlink peykləridir.