200-ə yaxın alim gələcəkdə insanlara yoluxa biləcək viruslar üzərində işləyir.
Tribunainfo.az xəbər verir ki, Böyük Britaniyada bir qrup alim gələcəkdə mümkün xəstəliklərə qarşı peyvəndlərin yaradılması üzərində işləməyə başlayıb.
Bütün dünyaya təsir edən Kovid-19 epidemiyasından sonra heyvanlardakı digər patogenlərin də təkamül edərək insanlara təsir edə biləcəyini düşünən tədqiqatçılar mümkün peyvəndlər üzərində işləyirlər.
Tədqiqat Böyük Britaniya hökumətinin Sağlamlıq Təhlükəsizliyi Agentliyi tərəfindən Uiltşirdəki yüksək mühafizəli Porton Daun laboratoriyasında aparılır.
Bildirilib ki, laboratoriyada çalışan 200 alim heyvan viruslarına qarşı hələ insanlara təsir etməyən vaksinlər hazırlamağa çalışır.