ABŞ-da yüzlərlə heyvanın “zombi maral xəstəliyinə” yoluxmasından sonra alimlər bu xəstəliyin insanlara da keçə biləcəyi barədə xəbərdarlıq ediblər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ekspertlər xəstəliyin “yavaş gedən fəlakət” olduğu barədə xəbərdarlıq edib və dövlətləri xəstəliyin insanlara keçmə ehtimalına hazır olmağa çağırıblar.
Tədqiqatçı Dr. Cory Anderson deyib: “Böyük Britaniyada baş verən dəli dana xəstəliyinin yayılması, məsələn, kənd təsərrüfatı heyvanlarından insanlara sıçrama zamanı hadisələrin bir gecədə nəzarətdən çıxa biləcəyinə dair bir nümunə verdi”.
“Bənzər bir şeyin baş vermə potensialından danışırıq. Heç kim bunun mütləq baş verəcəyini demir, amma insanların hazır olması vacibdir”.