Alimlər tapdı, daha saçınız ağarmayacaq

Alimlər tapdı, daha saçınız ağarmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 yaşından başlayaraq bir çox insanın qarşılaşdığı ağ saç problemi indi keçmişdə qala bilər.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Yaponiyanın Naqoya Universitetinin alimləri saçların ağarmasını dayandıra biləcək sadə həll yolu kəşf ediblər.

Bu kəşf luteolin adlı antioksidantdır.

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə bu güclü birləşmənin saçların ağarmasını dayandırdığını müəyyən ediblər. Üstəlik, luteolin təbii olaraq bir çox adi tərəvəzdə olur. Kərəviz, brokoli, yerkökü, soğan və bibər kimi tərəvəzlərdən ibarət pəhriz saçların ağarmasının qarşısını ala bilər.

Araşdırmanı aparan professor Masashi Kato bu nəticənin onları təəccübləndirdiyini bildirib və əlavə edib: “Luteolin saçın ağarmasının qarşısını ala biləcək unikal tibbi təsirə malikdir”.

Ceyran