Alimlər işə mümkün qədər piyada getməyi məsləhət görürlər-ARAŞDIRMA

Alimlər işə mümkün qədər piyada getməyi məsləhət görürlər- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, Şərqi Finlandiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər gün işə piyada gedən insanlarda miokard infarktı inkişaf riski əhəmiyyətli dərəcədə azalır.

Alimlərin fikrincə, bu onunla bağlıdır ki, bir çox ofis işçilərinin sadəcə olaraq fitnes zallarına  getmək üçün kifayət qədər gücü və vaxtı yoxdur və bu halda təmiz havada gəzmək idmanı qismən əvəz edə bilər. Erkən çölə çıxın və lazımi fiziki aktivliyi, bədənin oksigenlə doymasını, qan dövranını və əhval-ruhiyyəni yaxşılaşdırın,-fin alimləri məsləhət verirlər. Həkimlər deyirlər ki, maksimum fayda orta hesabla 40-45 dəqiqə, yəni bir tərəfə təxminən 20 dəqiqə davam edən gəzintidən gəlir.

İmran Kərimli

Tribunainfo.az