Alimlər autizmin inkişafına mane olan əsas geni aşkarlayıblarbackend

Alimlər autizmin inkişafına mane olan əsas geni aşkarlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkun Rokfeller Universiteti və Şimali Karolinadakı Dyuk Universitetinin alimləri autizmin xarakterik pozğunluqlarına səbəb olan əsas geni aşkar ediblər.

 Tribunainfo.az xəbər verir ki, bu barədə araşdırma “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.

Mütəxəssislər autizmlə əlaqəli 70-dən çox geni araşdırıblar. Onlardan biri Astrotactin 2 (ASTN2) adlanır. Bu genin istehsal etdiyi zülaldakı qüsurların sinir inkişafı pozğunluğu olan uşaqlarda beyincik funksiyasına təsir etdiyi bilinir.

Araşdırma ASTN2 geni olmayan siçanlar üzərində aparılıb. Məlum olub ki, siçanlar autizm pozğunluqlarına xas olan davranış nümayiş etdiriblər – onlar digər heyvanlarla daha az qarşılıqlı əlaqədə olublar və adi gəmiricilərlə müqayisədə təkrarlanan davranış nümayiş etdiriblər. Bu, tez-tez yeni sosial təmaslardan qaçan, tanış ətrafa üstünlük verən və tsiklik davranışa meylli, autistik pozğunluğu olan insanların vərdişlərini xatırladır.