Alıcılar necə aldadılır? – Polşa dərmanı Azərbaycanda istehsal olunurmuş – VİDEObackend

Alıcılar necə aldadılır? – Polşa dərmanı Azərbaycanda istehsal olunurmuş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aptekdən alınan ağrıkəsici mazın üzərində Polşa istehsalı olduğu qeyd olunub.

Amma üstünə sonradan yapışdırılan etiketi qaldıranda məlum olub ki, istehsalçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən şirkətlərdən biridir.
Bəs əslində bu dərman vasitəsi hansı ölkəyə aiddir?

Apteklərdə aparılan sorğu zamanı dedilər ki, sözügedən məhsul Polşa istehsalıdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, tibbi vasitə nəzarətdən keçib, rəy verilib.

İstehsalçı şirkətin baş ofisi Polşada, istehsal sahəsi isə Azərbaycanda yerləşir.

Yəni xammal Polşadan gətirilir, istehsal və qablaşma Azərbaycanda həyata keçirilir.

Baku TV-nin süjetini təqdim edir: