Ali məktəblərə qəbul üzrə YENİ QAYDALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə edilib. 

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə edilib.

TİA.AZ-ın məlumatına görə, dəyişiklik haqqında məlumat verən Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, dəyişikliklərin əsas məqsədi ölkəmizin ali təhsil müəssisələrində və ixtisaslar üzrə bakalavriat səviyyəsində bir illik hazırlıq qruplarının təşkilidir.

Dəyişikliklərə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Beləliklə, həm bakalavriat səviyyəsində hazırlıq qrupları yaradılacaq, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul qaydaları, o cümlədən tədrisin təşkili təmin olunacaq. Hazırlıq qrupları yaradılarkən müəyyən təcrübədən istifadə edilməli, onlar yüksək səviyyədə təşkil olunmalıdır. Eyni zamanda, hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən gənclərin axınının qarşısı alınacaq.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.