backend

Ali məktəblərə qəbul qaydaları dəyişilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni təklifləri hökumətə təqdim edilib”. 

“Ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair yəni təklifləri hökumətə təqdim edilib”.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il hökumətə ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə universitetlərə qəbulun genişləndirilməsinə dair yəni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub: “Hazırda hökumət həmin təklifə baxır. Bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda da ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.