“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir.
“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir.
Bu fəaliyyətə başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirdik ki, bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik”.
TİA.AZ xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əmək haqlarına yaxınlaşır. Onun sözlərinə görə, təhsil sahəsində digər həyata keçirilən islahat məktəbə hazırlığın əhatə dairəsinin kəskin şəkildə genişləndirməkdir:
“2 il müddətində başlanan layihə artıq bu ilin oktyabr ayında dövlət büdcəsi hesabına həyata keçirilən layihə kimi fəaliyyətə başlayıb. Artıq bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyət başlayıb. Əsas problemlərdən biri məktəblərdə istilik sistemi ilə bağlıdır ki, burada da bununla bağlı müxətlif fikirlər səslənib. Bu istiqamətdə işlər aparılır. Növbəti 2 il müddətində kəndlərdə yerləşən məktbələrin maddi texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub. 230-dan çox modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur. Tələbə kredit sistemləri həyata keçirlir ki, bu il 232 məktəb direktoru region məktəblərinə təyinat alıb. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb”.
M.Cabbarov qeyd edib ki, bu ilin 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq və ali məktəblərin optimallaşdırılması məsələsinə baxılacaq. Nazir onu da vurğulayıb ki, bu ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib.