Ali məktəbə qəbul ola bilməyən abituriyentlərin NƏZƏRİNƏ!backend

Ali məktəbə qəbul ola bilməyən abituriyentlərin NƏZƏRİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə qəbulun nəticələri açıqlanıb.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ümumilikdə, 27227 nəfər ali məktəbə qəbul ola bilməyib.

İxtisas qrupları üzrə boş qalan plan yerləri isə belədir:

I ixtisas qrupu üzrə: 1630 yer.

II ixtisas qrupu üzrə: 387 yer.
III ixtisas qrupu üzrə: 590 yer.
IV ixtisas qrupu üzrə: 450 yer.
V ixtisas qrupu üzrə: 0 yer.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.