ALİ MƏHKƏMƏDƏ MÜƏMMALI SƏDR SEÇİMİ – HÜQUQŞÜNAS RƏYİ

ALİ MƏHKƏMƏDƏ MÜƏMMALI SƏDR SEÇİMİ – HÜQUQŞÜNAS RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib. Ali Məhkəmənin saytından görünür ki, o, 1968-ci ildə anadan olub. 2003-cü ildə, yəni 35 yaşında hüquqşünas olub.

Tribunainfo.az yazır ki, hüquqşünas Əkrəm Həsənovun fikrincə, hüquqşünaslıq komitə sədri seçilən Vidadi Cəfərovun ikinci ali təhsilidir: “2004-cü ildən hüqüqşünas kimi çalışmağa başlayıb. 36 yaşınadək olan iş təcrübəsi naməlumdur.

Artıq 2007-ci ildə nəinki hakim, birbaşa Sumqayıt Hərbi Məhkəməsinin sədr vəzifəsininin icraçısı təyin olunub. Halbuki, həmin anda hüquqşünas kimi cəmi 3 illik stajı olub. Konstitusiyanın 126-cı maddəsinə görə isə yalnız hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən vətəndaş hakim ola bilər. Yəni hakim olmaq üçün Konstitusiya ilə tələb olunan staja malik olmayıb. Yəqin, bundan sonra stajı çatmayan hakimlərin sayı daha da çoxalacaq.

Görünən odur ki, məhkəmə-hüquq islahatları yeni mərhələyə, qanunun aliliyi deyil, inqilabi məqsədəuyğunluq dövrünə qədəm qoyub.

ADA-da dərs deyir. Amma hansısa elmi əsəri rastıma çıxmayıb”.