Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin tabeliyində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, “Əcəmi” nəşriyyatı eyni zamanda Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti barəsində də iddia qaldırıb.
Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi bəlli deyil. Açıq mənbələrdə bu barədə heç bir məlumat yoxdur. Məsələnin təfərrüatlarını tərəflərdən də öyrənmək mümkün olmayıb.
Bəlli olan odur ki, “Əcəmi” nəşriyyatının iddiasına Naxçıvan MR Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Qabil Məmmədovun sədrliyi ilə keçiriləcək.
“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi 25 may 2001-ci ildə qeydiyyata alınıb. Nəşriyyatın rəhbəri Məmmədov Pərvin Kərəm oğludur. Pərvin Məmmədov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.