Aleyna Tilkidən təəccüblü etiraf: Bir anda…

Aleyna Tilkidən təəccüblü etiraf: Bir anda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Şimali Kiprdə konsert verən Aleyna Tilki konsertindən sonra eşq həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. “Aşiq olmağı bilmirəm” deyən gənc müğənni “Ətrafımda heç vaxt görmədiyim biri ilə evlənib, bir anda uşaq sahibi ola bilərdim”, – sözləri ilə təəccübləndirib.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Tilki səhnə performansı ilə yanaşı, özəl həyatı ilə bağlı açıqlamalarında diqqət çəkib.

Konsertdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran gənc müğənni eşq həyatı ilə bağlı səmimi açıqlamalar verib. Tilki uzun müddətdir sosial şəbəkələrdən uzaq qalması ilə bağlı suala “Uzun müddətdir yanımda heç kim yoxdur, çünki mən o cür adam deyiləm. Orta məktəbdə sevgilimlə görüşəcəyim yaşda işlədiyim üçün necə görüşəcəyimi bilmirəm. Mən əl-ələ verib kiminləsə küçəyə çıxan biri deyiləm” – cavabını verib.

Tilkinin sözləri onun diqqətdən kənarda qaldığı həyatına eyham vursa da, sonrakı açıqlaması bəzi sürprizlərə səbəb olub.

Sözlərinə davam edən Aleyna Tilki ani qərarlar verə biləcəyini ifadə edərək, “Amma mən də ətrafımda heç görmədiyiniz bir insanla birdən evlənib uşaq sahibi ola bilərəm” – deyib.

 

Dəniz Pənahova