Aleyna Dalveren evliliyində böhran yaşadı, qızılları…

Aleyna Dalveren evliliyində böhran yaşadı, qızılları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fenomen müğənni Aleyna Dalveren cəmi 4 ay əvvəl dəbdəbəli toyundan sonra boşanma xəbərləri ilə gündəmə gəlib.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Dalveren həyat yoldaşının və toyunun bütün şəkillərini sosial media hesabından silib.

Diqqət çəkən paylaşımlarında kədərini ifadə edib. Müğənni toyda geyindiyi qızıl yaxalıq və əlcəklərin ona məxsus olduğunu iddia edərək, onların qaytarılmasını tələb edib.

“Erdem” soyadını profilindən silən müğənni daha sonra diqqətçəkən paylaşımlar edib. Dalveren əvvəlcə “Həqiqətlərin gec-tez üzə çıxır. Xüsusilə də onları gizlədənlərə şapalaq olsun. Vaxt var, tələsmək yoxdur”.

Saatlar sonra o, “Bəli, yaxşı deyiləm. Bir müddət burada olmayacağam. Yaşadıqlarım çox çətindir. Bunun bəd nəzərlə heç bir əlaqəsi yoxdur; bu, xarakter məsələsidir”, – sözlərini əlavə edərək, boşanma şayiələrini daha da artırıb.

Dəniz Pənahova