Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.
Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında idi.
Onun ölüm səbəbi araşdırılır.
Xatırladaq ki, A. Navalnı 2021-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.