Aleksandr Zaxarçenkonun qatili həbs edildi – Etiraf/Video

Aleksandr Zaxarçenkonun qatili həbs edildi – Etiraf/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun qatili tutulub.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Aleksandr Poqorelov adlı şəxs sui-qəsdi törətdiyini etiraf edib.

“Legioner” ləqəbli Aleksandr Poqorelov “Separ” restoranında terror aktını törətdiyini də danmayıb:

“Mənə onu aradan götürmək əmr edilmişdi. Bunun üçün də restoranı seçdim. Öncə harada oturacağını bilmirdim. Ona görə də partlayıcını ayaqyolunda yerləşdirməyi qərara aldım”.

Faktla bağlı araşdırmalar davam edir.