backend

Aleksandr Lapşin Bakıya gətirildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin Bakıda təhvil verilib. 

Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində Baş Prokurorluqda cinayət işi açılan məşhur blogger Aleksandr Lapşin Bakıda təhvil verilib.

Aleksandr Lapşinin ekstradisiyası bu gün Ali Məhkəmənin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşib. Artıq Lapşin Azərbaycandadır.

Onun Heydər Əliyev adına beynəlxalq hava limanından çəkilən fotolarını təqdim edirik.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.

Belarus Ali Məhkəməsinə verilən apelyasiya şikayətinə də bu gün baxılıb. Məhkəmənin qərarı ilə, A.Lapşinin iddiası rədd edilib. Belarus Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olmadığına görə Ali Məhkəmə şikayət üçün son instansiya idi.

Aleksandr Lapşinlə bağlı uzun müddətdir davam edən məhkəmə qərarlarına Rusiya da başda olmaqla, bir sıra beynəlxalq qurumlar münasibət bildirmişdi və bu məsələni hüquq müstəvisindən çıxarmağa çalışırdılar. Rusiya XİN “Rusiya vətəndaşı olan Lapşinin Azərbaycana ekstradisiyasının düzgün olmadığı” barədə mövqeyini də ortaya qoymuşdu.

Ancaq Belarus Prezidenti Aleksandr Lukaşenko bir neçə gün öncə verdiyi məşhur bəyanatda “Lapşini Azərbaycana verməmək üçün heç bir bəhanə olmadığını” ən yüksək səviyyədə elan etmişdi.