ALÇANI DUZLA YEMƏYİN…backend

ALÇANI DUZLA YEMƏYİN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alça çoxlarının sevərək yediyi meyvələrdəndir. Turş olan bu meyvəni duza batırıb yeyən də var. Ancaq həkimlər bildirir ki, bu olduqca zərərli vərdişdir.

Tribunainfo.az yazır ki, yaşıl alça C vitamini, lif, potasium, A vitamini ilə zəngindir. Diş və sümükləri qoruyur. Tərkibindəki sitrik asid vücuddakı laktik asidi təsirsiz hala gətirə bildiyi üçün yorğunluğun qarşısını alır.

Mütəxəsislər alçanı duzla yeyən insanlara xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, alça duzla birlikdə yeyildiyi zaman bədəndə şişlər yarana bilər.

Məlumatda alçanın gün ərzində 2-3 dəfə hər dəfə 4-6 ədəd olmaqla yeyilməli olduğu vurğulanıb. Meyvənin isə təbii, qatqısız olması mütləq şərtlərdən biridir. Düzgün yeyildiyi zaman isə alça bağırsaq fəaliyyətini normallaşdırır, arıqlamağa dəstək verir.