Albaniyanın “Skenderbeu” komandası 10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb

Albaniyanın “Skenderbeu” komandası 10 il müddətinə avrokuboklardan kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Skenderbeu”ya tarixin ən ağır cəzasını verib.

Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Albaniya təmsilçisini oyun alqı-satqısı səbəbindən cəzalandırıb.

2011-ci ildən bu yana müxtəlif yarışların nəticəsini qanunsuz üsullarla müəyyənləşdirən kluba 10 il Avropa kuboklarından kənarlaşdırılma və 1 milyon avro pul cəriməsi kəsilib.

 Həmçinin “Skenderbeu”nin 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib.

Bu, bir Avropa klubuna verilən ən ağır cəza kimi tarixə düşüb.

Qeyd edək ki, klub prezidenti Ardian Takay Avropa Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.