“Al Market” MMC barəsində icraat başladılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Al Market” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsinin tələblərini pozub.
Bu maddəyə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Al Marketin” işinə 5 mart tarixində Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman