Akulanın videosunu çəkdilər deyə… cərimələndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada videoçəkiliş etmək üçün sudan akula çıxaran turistlər cərimələnəcəklər.

 

Braziliyada videoçəkiliş etmək üçün sudan akula çıxaran turistlər cərimələnəcəklər.

 

Bu barədə “The Daily Mirror” nəşri xəbər verib. Cərimənin məbləği isə 6.2 min dollar olacaq. Nəşrin yazdığına görə, turistlər akulanı Pernambuku ştatındakı Fernandu-di-Noronya sahilindən çıxarıblar. Baxmayaraq ki, sahildə dəniz heyvanlarını yaxalamaq, öldürmək, yedizdirmək və ümumiyyətlə narahat etməklə bağlı qadağa lövhəsi yer almışdı. Əlində sudan çıxarılmış akulanı tutan 35 yaşlı qadının çəkdirdiyi video 7 fevral tarixində sosial şəbəkədə yayılıb.Çəkilişi onun sevgilisi edib. 6.2 min dollarlıq cəriməni isə bu hərəkətə edən hər bir komanda üzvü ödəyəcək. Bu, heyvanlarla amansız davranışa görə kəsilmiş cəzadır. Bundan başqa, sosial şəbəkədə yayılan video neqativ etirazlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri ümid ediblər ki, turistlərin bu ədəbsiz davranışı cavabsız qalmayacaq və başqalarına da dərs olacaq.

 

2016-cı ilin fevralında da Argentinada delfinlə şelfi çəkdirmək üçün ona əzab verən şəxslərlə bağlı xəbər yayılmışdı. Sözügedən insident Buenos Ayresdə yerləşən Santa Teresita kurortuna baş vermişdi.