Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: “Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.