Türkiyəli gözəl və gənc aktrisa Aleyna Boz da subaylığın daşını atıb evləndi. Ötən gün aktrisa sevgilisi Umut Evirgenlə nigah masasına oturub. Toydan sonra isə ən çox müzakirə olunan aktrisanın seçdiyi gəlinlik olub.
Tribunainfo.az xəbər verir ki, aktrisanın gəlinliyini bir çox izləyici bəyənməyib. Sosial şəbəkə istifadəçiləri bildirib ki, aktrisanın gözəlliyinin yanında gəlinliyi sönük qalıb.
Aktrisanın bəzi sevənləri isə onun özəl günündə belə sadə gəlinlik seçməsini yüksək qiymətləndiriblər.
Gəlinliyin qiyməti də əlavə müzakirə mövzusu olub. Aleyna klassik “viviennewestwood” markasının dəyəri 9000 dollara, təxminən 15.300 manata olan gəlinliyə üstünlük verib.