backend

Aktrisadan şillə kimi CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Yaprak dökümü” serialında canlandırdığı Ferhunda obrazı ilə tanınan Dəniz Çakır sosial şəbəkə istifadəçilərinə sərt sözlər yazıb. 

Azərbaycanda “Yaprak dökümü” serialında canlandırdığı Ferhunda obrazı ilə tanınan Dəniz Çakır sosial şəbəkə istifadəçilərinə sərt sözlər yazıb.

TİA.AZ xəbər verir ki, Dəniz Çakır yeni il tətilini fürsət bilib ABŞ-a gedib. Brodveydə “The Present” oyununu izləyən ulduzun bu səfəri pərəstişkarlarını qəzəbləndirib. Belə ki, pərəstişkar ordusu serialın iki həftədir yayımlanmamasını Dəniz Çakırın bu səyahətinə bağlayıb. Aktrisanın pərəstişkarları onu hazırda oynadığı “Eşkiya dünyaya hökmdar olmaz” serialının iki həftədir efirə getmədiyi üçün kəskin tənqid edib. Yeni il tətilini ABŞ-da keçirən aktrisa haqqında yazılanlara biganə qala bilməyib. O, “instgram”da abunəçilərinə şillə kimi cavab yazıb:

“Bu, bir tətil deyil, problem kanallar və prodüserlərlə bağlıdır. Yəni serialın efirə getməməsinin mənimlə və aktyor yoldaşlarımla əlaqəsi yoxdur. Mən 17 yaşından bəri çalışıram və bu vaxta qədər heç 5 ay istirahət etməməşəm. Həmişə çalışmışam. Biz 160 dəqiqəlik serialı sizə layiqli şəkildə təqdim etmək üçün 24 saat işləyirik. Sizə olan hörmətimizdən dolayı bir mövsüm boyu komandamızla gecə-gündüz yatmadan çalışırıq. Məncə, siz məni sevməyin! Çünki mən heç sevmədim! Çünki ayıbdır. Yenə də sevgilər…”