“Hamı qeyrət dağarcığı olub. Aktyorların haqqını yeyən şərəfsiz şərəfdən, abırdan danışır. Guya Çimnazın yerinə bu qəbir sorğu-sualındadır. Sən camaatın pulu ilə özünə şərait düzəltmisən də. Sən ümumiyyətlə sorğu-sualsız qır qazanında gedəcəksən. Çünki hamının əziyyətinin haqqını yemisən”.
Bu sözləri aktrisa Mətanət Eres mərhum həmkarı Çimnaz Sultanovanın dəfninə qatılmamasına dair açıqlama verən rejissor Rövşən İsax haqqında yazıb.
Mətanət Eres sosial şəbəkə hesabında rejissorun ünvanına aqressiv fikirlər səsləndirib.
“Gör sən öləndə nə qədər nəhlət yağdıracaqlar. Hələ necə əziyyətlə öləcəksən Allah bilir. Çimnaz yenə “Kəlmeyi-şəhadəti” deyə bildi son nəfəsində. Sənə o da qismət olmayacaq alçaq. Tamaşaçı tanımasa da, aktyor əhli səni əla tanıyır. Sənin vicdanına tüpürüm…”, – aktrisa həmkarlarının haqqını tapdalamaqda ittiham etdiyi rejissor haqqında yazıb.
Həmçinin aktyor Əjdər Zeynalov da aktrisanın yazdıqları ilə həmfikir olub: “Ən azından Çimnaz xanım heç kimin haqqını yeməyib, heç kimə pislik etmiyib, heç kimə pul atmayıb, …Allah rəhmət eləsin”. (Olay)