Xərçəng xəstəliyi ilə mübarizə aparan aktrisa Teddi Mellencampdan xəbər var.
Tribunainfo.az xəbər verir ki, sənətçi uzun müddətdir mübarizə apardığı xəstəliyə qalib gəldiyini elan edib.
Teddi Mellencamp bildirib ki, son analizlər onun bədənində xərçəng olmadığını, bunun onun tam sağaldığı anlamına gəlmədiyini, lakin yenə də çox xoşbəxt olduğunu bildirib:
“Onlar mənə deyəndə çox sarsıldım. Hissiz idim. Hələ də özümü xəstə hiss etdiyim günlər olacaq, çünki hələ də immunoterapiyadayam, ona görə də hələ də mübarizə aparıram, çünki sən mübarizə aparmalısan.”
Qeyd edək ki, illər əvvəl məşhur aktrisaya dəri xərçənginin ən ölümcül forması olan melanoma diaqnozu qoyulmuşdu. O, uzun müalicələrdən və ağrılı əməliyyatlardan sonra sağalıb.
Xərçəngin beyninə, limfa düyünlərinə və ağciyərlərinə metastaz verdiyi aktrisa ölümcül beyin şişlərinin götürülməsindən sonra kimyaterapiya və immunoterapiyaya başlamışdı. Məşhur aktrisa xərçənginin dördüncü mərhələsində olduğunu açıqlayaraq hər kəsi kədərləndirmişdi.