Aktiv biznesə qırmızı işıq… – İqtisadçıdan şərh

Aktiv biznesə qırmızı işıq… – İqtisadçıdan şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank əmanətləri gəlir vergisindən azad edilir, amma mikrosahibkarın vergi dərəcələri artırılır. Birincisi əlindəki pulu banklar vasitəsilə biznesə və ya əhaliyə baha qiymətə satıb gəlir əldə edir. İkincisi isə öz bacarığı və savadı ilə pul qazanaraq həm əlavə dəyər yaradır, həm də dövlətə vergi verir, həm də məşğulluğu təmin edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Samir Əliyev əmanətlər üzrə gəlirlərin gəlir vergisindən azad olunmasını səmərəli hesab etmir:

“Onsuz da banklarda depozitlər hesabına izafi likvidlik var. Digər tərəfdən banklar faiz dərəcələrini artırmaqla vergiyə yönəldilən itkini kompensasiya edirdilər. Ancaq biznesin vergi yükünü artırmaqla hökumət aktiv biznesə qırmızı işıq yandırmış oldu”.