Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insana təsir edir.
Trubinainfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Aktauda AZAL təyyarəsinin qəzaya uğramasına münasibət bildirərkən X hesabında yazıb.
“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi getdikcə daha çox günahsız insana – hətta Ukraynadan kənarda da təsir edir. Bunu Aktauda baş verən təyyarə qəzası sübut edir və bu, tam araşdırılmalıdır. Düşüncələrimiz həlak olanların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik”, – Şolts bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Dekabrın 28-də Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən Əliyevə zəng edərək, bu mövzuda müzakirəni davam etdirib.